Bu fikirləri ARB24-ə açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
Politoloq qeyd edib ki, bu baxımdan da radikalların, revanşist və terrorçu meyilli təbəqənin də öz irdarəçiləri var. Təbiidir ki, bu idarəçilər həm Rusiyada oturub, həm Qərbdə, Avropada oturub və onlar xüsusi peşəkarlıqla bu radikalları idarə etməyə çalışırlar. Onlardan Azərbaycana qarşı bir vasitə kimi istifadə etməyə çalışırlar. Bütün bunların fonunda isə bu gün Ermənistanda cəzasızlıq prinsipi hökm sürür: “Paşinyan hakimiyyəti nədənsə radikallara və revanşistlərə qarşı sərt tədbirlər həyata keçirmir. Əgər belə olmasaydı, həmin şəxslər bu gün İrəvanın mərkəzində əllərini, qollarını sallayaraq rahat şəkildə bu cür mənfi meyilləri həyata keçirə bilməzdilər. Burada biz radikalizmdən, terrorçuluqdan, separatizmdən danışırıq və təbiidir ki, əgər həmin şəxslər, həmin qüvvələr bu gün Ermənistanda vəziyyəti qarışdırmağa cəhd göstərirlərsə, kütləvi etiraz aksiyaları keçirirlərsə, Azərbaycana qarşı ərazi iddialarında yenə də həvəsə düşüblərsə və Azərbaycanı təxribatlara sürükləməyə cəhd edirlərsə, təbii ki, bu, Ermənistan hakimiyyəti tərəfindən çox sərt şəkildə qanunla müvafiq qaydada cəzalandırılmalıdır. Amma təəssüf ki, biz bunu görmürük və bir növ Nikol Paşinyan necə ki, Ermənistan ordusuna da nəzarət edə bilmirdi. Çünki hər dəfə sülh çağırışları verir, lakin eyni zamanda da paralel olaraq Ermənistan ordusu Azərbaycanla şərti sərhədlərdə Azərbaycana qarşı hərbi təxribatlar törədir, Azərbaycan mövqelərini atəşə tuturdular. Bu istiqamətdə də Nikol Paşinyan orduya nəzarəti necə həyata keçirə bilmirdisə, bu gün də ictimai-siyasi proseslərə ölkə lideri kimi hökm edə bilmir və həmin prosesləri qızışdırmağa çalışan qüvvələrin də cəzalandırılmasına nail ola bilmir”. Ekspert daha sonra əlavə edib ki, yəni bütün proseslərə biz nəzər salsaq, görürük ki, Ermənistan üzərindən oynanan oyunlar yenə də davam edir: “Qərb, Avropa İttifaqı bu istiqamətdə yenə də öz canfəşanlığını göstərir.Ermənistanın silahlandırılması məlum məsələdir. Uzun müddətdir davam edən bir prosesdir, özü də bu proses Azərbaycanla birbaşa olaraq hərbi qarşıdurmaya hesablanmış bir prosesdir. Çünki əgər Ermənistan bu gün silahlandırılırsa, hücum xarakterli silahlarla təchiz edilirsə, bu o deməkdir ki, Qərb, Avropa İttifaqı dairələri elə Rusiyanın özündə də buna maraqlı olan qüvvələr var. Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar. Cənubi Qafqazda sülh və təhlükəsiziyə çox ciddi zərbə vurmaq istəyirlər”.
Tahirə AĞAMİRZƏ