Konfransın əsas məqsədi doktorantların elmi fəaliyyətini stimullaşdırmaq, elmi ictimaiyyət arasında əlaqələri gücləndirmək və təcrübə mübadiləsinə şərait yaratmaq olub.
Qeyd edək ki, tədbirdə elm xadimləri, ali təhsil müəssisələrinin nümayəndələri, millət vəkilləri, eləcə də gənc tədqiqatçılar və müxtəlif ixtisas sahələri üzrə doktorantlar iştirak ediblər.
Milli Məclisin deputatı Ceyhun Məmmədov tədbirdə çıxış edərək dokrorantura təhsili və fəlsəfə doktoru proqramına qəbul və dissertasiya müdafiəsi prosesində mövcud çətinliklər və yeni çağırışlar barədə fikirlərini bölüşüb.
Tahirə AĞAMİRZƏ