Əməkdaşlıq sahələri aşağıdakılardır:
1.Peşəkar səriştə, bacarıq, texniki bilik və digər sahələrdə öyrənmə və inkişaf imkanlarını araşdırmaq;
2.Şəhid övladlarına və qazilərə qayğı göstərmək məqsədilə DİM tərəfindən təşkil olunacaq tədbirlərin hazırlanması və keçirilməsi üçün müvafiq mütəxəssislərin cəlb olunmasına köməklik göstərmək;
3.Şəhid övladlarının və qazilərin bilik və bacarıqlarını artırmaq, həmçinin karyeralarını yüksəltmək üçün yeni imkanlar araşdırmaq və yaratmaq;
4.Şəhid övladlarının və qazilərin akademik göstəricilərinin təhlilinə dair elmi konfrans keçirmək;
5.Potensialın artırılması təşəbbüsləri ilə məktəbli və tələbə olan şəhid övladları və qazilərin məşğulluğunu artırmaq.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi və “YAŞAT” Fondu arasında ilk əməkdaşlıq memorandumu 2021-ci ildə imzalanıb.
Tahirə AĞAMİRZƏ