27.06.2025, 18:27
AZ EN
05.09.2022, 16:40 415

AHİK Şuşa şəhərində konfrans keçirib

XƏBƏRLƏR
  • Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və ona üzv təşkilatlar tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Vətəndaş cəmiyyətinin formalaşmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirilib.

AHİK-in mətbuat xidmətindən bildiriblər ki, əvvəlcə 44 günlük müharibədə şəhadət zirvəsinə ucalmış şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

konfransda məruzə ilə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbə, Şuşa şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, Qarabağın yenidən qurulması, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin azad edilməsi və digər mühüm məsələlərdən danışıb.

Sonra çıxış edənlər - Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Vüsal Quliyev, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov və Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Cavid Məmmədov bu mühüm tədbirlə bağlı fikirlərini bildiriblər.

Tədbirin sonunda konfrans iştirakçıları tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul edilib. (AZƏRTAC)

Oxşar xəbərlər