29.06.2025, 04:34
AZ EN
31.10.2024, 14:58 339

Rəşad Məcid haqqında yeni kitab çap edilib

XƏBƏRLƏR
  • Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru yazıçı-publisist Rəşad Məcid haqqında “Qələmli və qələmsiz” Rəşad Məcid portreti” adlı yeni kitab işıq üzü görüb.

Kitabın müəllifləri Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) sədr müavini, AYB-nin Gənclər Şurasının katibi Prezident təqaüdçüsü, yazıçı-publisist Şahanə Müşfiq, DGTYB-nin idarə heyətinin üzvü, AYB Gənclər Şurasının üzvü Prezident təqaüdçüsü, yazıçı Şəfa Vəlidir. Rəşad Məcidin 60 illik yubileyi münasibətilə hazırlanan kitabda onun həyat və yaradıcılığından bəhs olunur.

Kitabda oxucular Rəşad Məcidin yaradıcılığı və şəxsiyyəti haqqında onun doğmaları - ailəsi, dostları, müəllimləri, iş yoldaşlarının ürək sözləri, eləcə də müəlliflərin məqalələri vasitəsilə dolğun məlumatlar alacaq, qəhrəmanımızı şair, jurnalist olmaqdan əlavə, oğul, tələbə, ata, dost kimi də tanıyacaqlar.

Qeyd edək ki, kitabın ön sözünün müəllifi DGTYB-nin başqanı, Prezident təqaüdçüsü İntiqam Yaşardır.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər