"Vətən səsi" xəbər verir ki, Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti bununla bağlı açıq tender elan edib. Elanda Şuşa Rayon Mərkəzi Xəstəxanasının köməkçi binalarının tibbi avadanlıqla təchiz edilməsi nəzərdə tutulub.
Müsabiqədə iştirak etmək istəyən şirkət bunun üçün 1000 manat ödəniş etməli, xəstəxananın tibbi avadanlıqlar və inventarla təchizatı ilə bağlı təkliflərin niyabrın 15-dək satınalan təşkilatın yerləşdiyi ünvana (Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1A) təqdim etməlidir.
Elxan SALAHOV