28.06.2025, 01:30
AZ EN
12.10.2024, 08:39 275

Xocavəd sakinlərinin növbəti səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun vətəndaşlarla növbəti səyyar qəbulu Ağcabədi rayonunda məskunlaşan rayon sakinləri ilə keçirilmişdir.

Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin qəsəbə sakinləri iştirak etmişdir.

Qəbulda iştirak edən qəsəbə sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.

Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər