03.05.2025, 13:49
AZ EN
13.09.2024, 21:59 207

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət millisi III turda da qalib gəlib

XƏBƏRLƏR
  • Azərbaycanın kişilərdən ibarət millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasında daha bir qələbə qazanıb.

III Moldova ilə qarşılaşan təmsilçilərimiz rəqibini 3:1 hesabı ilə üstələyib.

Aydın Süleymanlı – İvan Şitko 1:0
Nicat Abasov – Andrey Makovey 0,5:0,5
Şəhriyar Məmmədyarov – Yeqor Laşkin 1:0
Məhəmməd Muradlı – Viktor Boloqan 0,5:0,5

Bu qalibiyyət sayəsində yığmamızın aktivindəki xalların sayı 6-ya çatıb.

Qeyd edək ki, kişilərdən ibarət yığmamız buna qədər İordaniya (3,5:0,5) və Finlandiyanı (3,5:0,5) məğlub edib. Qadınlardan ibarət komandamız isə Nikaraqua (4:0) və Avstraliyadan (3:1) üstün olub. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR