28.06.2025, 16:46
AZ EN
29.08.2024, 09:27 253

Şuşa sakini: “Parlament seçkilərində Şuşada səs vermək çox qürurvericidir”

XƏBƏRLƏR
  • Qarşıdan gələn parlament seçkilərində ilk dəfə Şuşada səs vermək bizim üçün çox qürurvericidir.

Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Şuşa sakini, qazi Fəxrəddin Səfərov deyib.

O bildirib ki, uzun illər Şuşaya qayıtmaq həsrəti ilə yaşayıblar: “Şükürlər olsun ki, bu gün öz doğma torpaqlarımızdayıq, Vətən həsrəti sona çatıb və bütün ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır.

Şuşada çox gözəl seçki ab-havası var, insanlar sentyabrın 1-ni gözləyir. Seçkilərdə fəal iştirak edib öz seçdiyimiz namizədimizə səs verəcəyik”.  

Oxşar xəbərlər