Qəsəbədəki parklarda, idarə, müəssisə və təşkilatların həyətlərində, küçə və meydanlarda keçirilmiş iməcilikdə rayonun idarə və müəssisələrinin işçiləri, həmçinin qəsəbə sakinləri iştirak etmiş, ərazidə təmizlik işləri aparılmış, yaşıllıqlar suvarılmışdır.
Keçirilmiş iməcilikdə üç yüzdən artıq rayon sakini iştirak etmişdir. Vaxtaşırı belə iməciliklər təşkil olunmasından razı qaldıqlarını bildirən qəsəbə sakinləri buna görə rayon rəhbərliyinə dərin təşəkkürlərini bildirmişlər.
Qəsəbə ərazisində hər həftənin şənbə günləri belə iməciliklərin keçirilməsi nəzərdə tutulmuşdur.
Hazırladı: Mina RƏŞİD