28.06.2025, 16:49
AZ EN
23.07.2024, 17:36 446

Daha iki şirkət Ağdamın Qərvənd kəndinin bərpasına qoşulur

XƏBƏRLƏR
  • Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti  “Ağdam rayonu Qərvənd kəndinin layihələndirilməsi çərçivəsində söküntü və şaquli planlaşdırma işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

"Vətən səsi" xəbər verir ki, tenderin qalibi “Conkago j.s.a.” şirkətinin Azərbaycan Respublikasındakı filialı və “İMA Energy” MMC Birgə Müəssisəsi olub. Hər iki şirkətlə imzalanmış müqavilənin şərtlərinə görə Qərvənd kəndinin bərpası çərçivəsində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi üçün 6 milyon 673 min 668 manat ayrılacaq.

Xatırladaq ki, Qərvənd kəndi tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Ümumi ərazisi 476 hektar olan kənddə 6057 nəfərin məskunlaşması və 1495 evin tikilməsi nəzərdə tutulub. Layihənin birinci mərhələsi üçün 202 hektardan çox torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 851 ailənin və ya 3703 nəfərin köçürülməsi planlaşdırılır. Bunun üçün bu mərhələdə 851 ev inşa ediləcək. Həmin evlərin 170-i ikiotaqlı, 425-i üçotaqlı, 213-ü dördotaqlı, 43-ü isə beşotaqlı olacaq.

Kənddə əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün də hər cür şərait yaradılacaq. Burada uşaq bağçası, məktəb, kollec binaları, kollektiv istirahət və təhsil obyektləri, inzibati bina, klub icma mərkəzi, tibb məntəqəsi, aptek, mehmanxana, bazar və bir sıra xidmət müəssisələri yaradılacaq. Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaq.

Elxan SALAHOV

Oxşar xəbərlər