28.06.2025, 08:43
AZ EN
21.06.2024, 13:45 355

Binəqədi rayonunda zəngilanlı sakinlərin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar görüşü Binəqədi rayonunda məskunlaşan zəngilanlı sakinlərlə keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, təşkilat rəhbərləri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tərəfindən vətəndaşların müraciətləri dinlənilib və qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər