Tədbiri giriş sözü ilə açan Qubadlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Yaşar Həsənov tibb sahəsinin ən məsuliyyətli sahələrdən biri olduğunu, bu sahəyə həmişə yüksək dəyər verildiyini və hörmətlə yanaşıldığını qeyd edib. O, bildirib ki, bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur.
Digər çıxış edənlər də peşə bayramı münasibətilə xəstəxana kollektivini təbrik edərək, onlara şərəfli və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayıblar.
Direktor Yaşar Həsənov daha sonra Qubadlı Rayon Mərkəzi Xəstəxanasına tabeli Mahruzlu həkim məntəqəsinə baş çəkərək məntəqənin tibb heyətini Tibb İşçilərinin Peşə bayramı Günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda Qubadlı Rayon Mərkəzi Xəstəxanasının və ona tabeli tibb müəssisəsinin tibb xidməti sahəsində fərqlənən bir neçə tibb işçisinə Fəxri Fərmanlar təqdim olunub.
Tahirə AĞAMİRZƏ