Bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova “Xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda Azərbaycan qadınlarının iştirakı: problemlər və perspektivlər” mövzusunda dəyirmi masada söyləyib.
O deyib: "Azərbaycanın tarixinə baxsaq görərik ki, 1918-ci ildə qadınlara seçmək və seçilmək hüquqi verilib. Onlar müxtəlif vəzifələrdə çalışıblar. Hətta 1901-ci ildə Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi fəaliyyətə başlamışdı”.
Qadınların inkişafı üçün təkcə xarici dil biliyinin yox, həmçinin araşdırma bacarığının və dünyagörüşünün önəmli olduğunu deyən H.Hüseynova bildirib ki, bu gün xanımlar beynəlxalq platformalarda ölkəmizi uğurla təmsil edirlər. (AZƏRTAC)