19.08.2025, 18:10
AZ EN
14.05.2024, 09:16 292

Füzulinin kəndindən bəhs edən kitab çap edilib

XƏBƏRLƏR
  • Bu günlərdə texnika elmləri üzrə fəlsəfə doktoru Qismət İbrahimovun  "Gecəgözlü xatirələrim və düşüncələrim" adlı kitabı işıq üzü görüb. Kitab həyat həqiqətləri əsasında yazılmış maraqlı povest və hekayələrlə zəngindir. Qeyd edək ki, kitabda yer alan yazılarda Füzuli rayonunun Gecəgözlü kənd orta məktəbinin müəllimləri, onların ömür və fəaliyyət yolları əks etdirilib. Kitabın redaktoru istedadlı şair Həyat Şəmidir.

Həyat xanım öz FB səhifəsində qeyd edir ki, bu kitab həm tarix kitabıdır, həm də hekayə. Həm bədii əsərdir, həm də xatirə kitabıdır. Çəkdiyi əməyə, yazdığı bu dəyərli əsərə görə, Qismət bəyə minnətdaram. Bu kitab gerçəkliyin özüdür və Gecəgözlünün gözüdür. Bütün gecəgözlülər üçün əldən-ələ keçəcək, oxunacaq bir kitab olacağına əminlik hissi var məndə...

Mina RƏŞİD

Oxşar xəbərlər