27.06.2025, 22:35
AZ EN
28.04.2024, 10:42 308

Erməni tarixçidən etiraf: "Soyqırımı" olmayıb

XƏBƏRLƏR
  • Mən qondarma “erməni soyqırımı” haqqında çox danışmışam. Bunun kimlərə sərf etdiyini demişəm. Demişəm ki, nəyə görə bu soyqırımı adlandırıla bilməz. Çünki soyqırımı termin kimi beynəlxalq hüquqda XX əsrin 40-cı illərində peyda olub.  Soyqırımı beynəlxalaq hüquqda bulanlq anlayışdır. Heç kəs hələ dəqiq olaraq bu anlayışın izahını verə bilməyib. Ermənilərin “soyqırımı” ilə bağlı səsləndirdikləri rəqəmlər də yalandır. Nə qədər çoxlu yalan olsa, ona bir o qədər tez inanırlar. İddia edirlər ki, 1,5 milyon erməni öldürülüb. Birincisi o qədər erməni olmayıb heç vaxt. XVII əsrdə 3 qitədə yerləşən Osmanlı imperiyasında cəmi 20 erməni olub. Ümumi götürsək, bu, təqribən yüz min nəfər erməni deməkdir. Əsas kütləsi tam yoxsulluq şəraitində yaşayan ermənilərin iki əsr ərzində 10 dəfədən çox artması mümkün deyil”. Bunu erməni tarixçisi Filip Ekozyants deyib.

Onun sözlərinə görə, ermənilər heç vaxt bir neçə milyona çevrilə bilməz. Hansı ki, guya onların da 1,5 milyon nəfəri soyqırımına məruz qalıb. Bütün bunlar təssüflər olsun ki, bütün xalqları düşmən eləmək üçün bir oyundur: “Bu oyun alınıb. Xalqlar düşmən olub. Hərə öz milli mənzillərinə çəkilib və bir-birilərinə nifrət edirlər. Düzünü deyim, mən Türkiyədə olmuşam. 2004-cü ildə İstanbulda çalışmışam. Orada heç zaman erməniyə qarşı nifrət görməmişəm. Anlaşılandır ki, soyqırımı məsələsi nəyə görə şişirdilir. Bunun məqsədləri var. Bu məqsədlər arasında xalqların və sadə insanların firəvanlığı yoxdur. Məqsəd manipulyasiyadır. Nifrət edən insanı manipulyasiya etmək, idarə etmək daha asandır”.

Erməni tarixçisi sonra qeyd edib ki, Türkiyədə 1918-1919-cu illərdə 1915-ci ilin hadisələrində insanların ölümündə günahkar olanlar barəsində məhkəmə keçirilib: “Türkiyə hökuməti həmin günahkarları edam edib. Türkiyə hökumətinin fikrincə, həmin adamlar  konkret olaraq cinayətdə ittiham olunurlar. Özü də təkcə ermənilərə qarşı deyil. Bilirsiniz ki, həmin dövrdə Türkiyədə həm də vətəndaş müharibəsi gedirdi. O dövr Türkiyə üçün çox ağrılı idi. Belə ki, iki cəbhədə müharibə aparılırdı. Həm də daxildə vətəndaş müharibəsi. Rusiyada da vətəndaş müharibəsi gedirdi. Lakin Türkiyədən fərqli olaraq  Avropa Rusiyaya hücum etmirdi. Türkiyəyə isə zərbə hər tərəfdən dəyirdi. Çoxlu sayda erməni o zaman Türkiyədə qaldı. Türkiyənin vətənpərvəri oldu və bu gün həmin ermənilər Ermənistan respublikasının tutduğu mövqe ilə  razılaşmırlar.

Mən bir daha deyirəm, bu, elə bir məsələdir ki,  nəyin nədən başladığını göstərmək lazımdır. Mənim fikrimcə,  bütün bu proses İsrail Ore hekayəsindən başlayıb. Bütün iltihab bundan başlayıb. Daha sonra o müalicə olunmayıb. İltihab prosesi sürətlənib”. Araşdırmacı daha sonra deyib ki, o ki, qaldı rəqəmlərin şişirdilməsinə,  bu artıq marketinqə bulaşmasıdır. Rəqəmlər, dəhşətlər: “Ermənilər tez-tez şəkillər göstərirlər: baxın, öldürülmüş ermənilərdir. Mən onlardan soruşuram, siz öldürülənlərin kim olduğunu hardan bilirsiniz? Kimdi axı bu fotodakılar? Onların müsəlman və ya xristian olduqlarını necə anlayırsınız? Onlar isə deyirlər: “Necə yəni, əlbəttə ki, xristianlardır. Necə, bilmirsən? Sənin baba da axı orda olub”. Mən cavab verirəm ki, bilmirəm. Bəlkə də fotolardakılar başqa dövrdə başqa məkanda çəklib. Əks olunan ölülər başqa xalqa məxsusdur. Onların erməni olduqlarını  necə müəyyən etmək olar axı?!”

“Bu gün müasir Ermənistan dövlətinin və diasporunun tutduğu mövqe mənim nə deməyimdən asılı olmayaraq hər şeyi siyasi müstəviyə çıxarmaqdan ibarətdir. Erməni məsələsində baxılası bir şey yoxdur”,- deyən erməni tarixçisi vurğulayıb ki, əslində tarixə diqqət yetirmək bəsdir. Əgər diqqətlə araşdırılsa bunun soyqırımı olmadığını ermənilər özləri də müəyyən edəcəklər: “Soyqırımı məsələsi ermənilər üçün əslində bataqlıqdır. Mən bunu ermənilərə deyirəm. İndi bu bataqlığa girməyin mənası yoxdur. Bu bataqlığı əvəlcə qurutmaq lazımdır. Həmin bataqlığa girsək, biz sadəcə orada batacağıq. Bu bataqlıq saxta, qəsdən dəyişdirilmiş termin və anlayışlardan ibarətdir. Erməni  anlayışının özü kimi. Ermənilər əvvəlcə kiçik icma olublar.  Sonra isə guya birdən Kiçik Asiyanın yarısını təşkil ediblər. Bütün bunlar kağız üzərində edilir.  Necə ki, bu gün televiziyalar bunu edir. Ermənilər nə deməkdir?  Bu anlayış nə vaxt meydana gəlib? O vaxt gəlib ki, müəyyən bir qrup insanı adlandırmaq lazım olub. Bu kimə lazım idi? Bu, kosmoqrafiyanı tərtib edənlərə lazım idi. Ermənistan coğrafi məkanın adı olub. Tarixdə heç vaxt Ermənistan adında dövlət olmayıb. Bilirsiniz, bunun haqqında çox danışmaq olar. Ermənilər çox vaxt deyirlər ki,  onlar dini icma deyil, xalq olublar. Əslində belə deyil. Onlar iddia edirlər ki, guya onların öz dilləri və əlifbası olub. Erməni dili ilə məsələ aydındır. XVI əsrə qədər erməni dilinin mövcudluğu barədə heç bir tarixi fakt mövcud deyil. Bunun üçün müasir məlikləri deyil, orta əsrlərdə yaşayan insanları, tədqiqatçıları oxumaq lazımdır. Onların hamısı belə bir yekun qərara gəliblər ki, erməni dili şifahi götürüldükdə türk dili ilə eyni dildir.Yəni ki, Kiçin Asiyanın müsəlmanları ilə eyni dildə danışırlar. Sadəcə olaraq bir sıra müəlliflər coğrafi regionun adına uyğun olaraq həmin dili erməni dili kimi qələmə veriblər. XVII əsrin müəllifləri bir ağızdan ermənilərin xalq deyil dini sekta olduğunu bildirilər”. Erməni tarixçisinin ermənilərin əlifabası ilə bağlı fikirləri də diqqətçəkəndir. Müəllifin sözlərinə görə ikinci məsələ əlifbadır: ”Dünyada elə bir əlifba yoxdur ki,  o hansısa xalqa məxsus olsun. Birinci, ermənilər iddia edirlər ki, onların öz əlifbası var. Fransa, İtaliya və digər ölkələrin arxivləri göstərir ki,  Avropada və Ön Asiyada o dövrdə heç bir xalqın əlifbası olmayıb. Əlifbalar ancaq dini icmalara, sektalara məxsus olub.

Osmalı və İran Səfəvi imperiyaları ərazisində yaşayan xristian icmalarının əlifbaları olub. Məhz həmin  əlifbaların biri də ermənilərin bu gün istifadə etdikləri əlifbadır. Əlifba xalq üçün markret deyil. Çünki xalqlar bunun əksini fikirləşirlər. Elə bu da onların yalanını üzə çıxarır. Əlifba məhz xalqlara deyil, dini icmalara məxsus olub. Ermənilərin istifadə etdiyi əlifba da dini icmaya məxsus olub. Mən sübut edirəm ki, bu əlifba XVI əsrdə yaradılıb. Erməni icması dioskoridski icmasının tərkibində olub. Bu icmanın təktibində olan yekavitlərin də öz əlifbaları olub. Bu, tarixi faktdır. Digər xristian icması olan nisteriyanilərin də öz əlifbası olub. Bir sözlə, Kiçik Asiyada yaşayan  bütün xristian icmaların öz əlifbaları olub.

O ki, qaldı ermənilərin azdlığı məsələsinə,  burada söhbət əslində ermənilərdən deyil, xristian icması olan nesteriyanilərdən gedir. Rus imperatoru Pyotrun Səfəvi şahına yazdığı guya erməniləri qorumaq lazımdır kimi məktubda da,  erməni sözü əslində yoxdur. Həmin məktubun rus versiyasında Pyotr xristian kəlməsindən istifadə edib. Səfəvilər hökmdarı isə   nesteriyani kəlməsindən. Lakin nədənsə, bu tarixə Pyotrun ermənilərin müdafiəsinə qalxdığı kimi qələmə verilir. Bir sözlə, böyük nesteriyanilər icması tarixə erməni adı altında düşüb. Bu tarixdə əsas füqur isə İsrail Ori və Vardapet Minasdır. Hansılar ki, İran imperiyasında yaşayan məlikliklər onları özlərinin elçisi təyin etmişdilər. Bir sözlə, dünyada erməni adında xalq olmayıb. Bugünkü ermənilər nesteryanilərin, mentixlərin və bu ariyada yaşayan digər xristianların icmalarının törəmələridirlər”.

O, daha sonra əlavə edib ki, erməni tarixi, erməni irqi, əslində bütün bunlar absurd şeylərdir: “Mən bu sözləri eşidəndə utanc hissi keçirirəm. Əslində bunlar avam ictimaiyyətə hesablanmış şeylərdir. Fikrimcə, azərbaycanlılar, türklər, ermənilər əslində bir xəmirdən yoğurulanlardır. Cadəcə olaraq coğrafi mühit onları fərqləndirib. 2018-ci ildə mən oğlumla birlikdə babamızın kəndində Ərzurumun yaxınlığında, İsbirdən bir az uzaqda yerləşən Çiqataya kəndində olduq. Əvvəllər bu kəndin adı Çinaçur olub. Biz babamızın yaşadığı evdə olduq. Evin divarlarına, daşlarına toxunduq. Babam Türkiyədən 1915-1916-cı illərdə getmişdi. Onlar qorxmuşdular ki, Rusiyanın Osmanlı imperiyasına hücumu zamanı türklər xristian əhaliyə zərər yetirə bilərlər. Kimlərsə bu şayəni bilərəkdən yaymışdı. Babam və digər doğmalarım ümumilikdə 25 ailə kəndi tərk etmək qərarına gəlmişdi. Babam danışırdı ki,  həmin vaxt heç kəsi öldürməmişdilər. Bir çox insan köç zaamanı yolda ölmüşdü. Lakin kənddən heç də bütün ermənilər getməmişdi. Demək olar ki, onların yarıdan çoxu kənddə qalıb və hazırdada orada yaşayırlar, heç kəs onlara toxunmayıb. Günü bu gün də ermənilər orada türklərlə birgə yaşayır”.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər