Azərbaycanın ən ağrılı yeri olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Azərbaycan Ordusunun əsgəri, canını torpağa qurban verərək Vətənləşən Rafael Mailovdur.
Mailov Rafael İlqar oğlu 1994-cü il aprelin 16-da Balıda anadan olub.
Nizami rayon 210 saylı məktəbdə, daha sonra 2012–2016-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanika və informasiya texnologiyaları fakültəsində təhsil alıb.
Azərbaycan Ordusunun əsgəri olan Rafael Mailov
İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. Füzuli və Hadrutun azad edilməsi uğrunda döyüşüb. 2020-ci il 14 oktyabrda Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə hücuma keçərkən qəhrəmancasına şəhid olub. Keşlə Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla dəfn edilib.
Cəsur döyüşçümüz ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunduğuna görə" medalları ilə təltif edilib.
Allahdan şəhidimizə rəhmət diləyirik.
Tahirə AĞAMİRZƏ