İnstitutdan bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş kitaba müəllifin müasir dövlətçiliyimizin qurulması, möhkəmləndirilməsi, gələcək perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı müxtəlif dövrlərdə “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “İki sahil”, “525-ci qəzet”, “Vətən səsi” kimi aparıcı mətbu orqanlarda və saytlarda işıq üzü görmüş məqalələri yeni redaktədə daxil edilib.
“İmza” nəşriyyatında çap olunan kitabın redaktoru siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadədir. (AZƏRTAC)