Bunu açıqlamasında Ağalıya köçən kənd sakini Habil Abdullayev söyləyib.
“Bu gün doğma kəndimizə qayıtdığımız üçün çox sevinirik. Bu tarixi anları yaşamağımıza səbəb olan şəhidlərimizə Allah rəhmət eləsin. Qəhrəman hərbçilərimizə isə can sağlığı arzulayıram. İnanırıq ki, bütün məcburi köçkünlər ən yaxın zamanlarda öz doğma evlərinə qayıdacaqlar. (AZƏRTAC)