28.06.2025, 16:53
AZ EN
09.01.2024, 10:13 349

Xankəndi və Xocalıda xeyli silah-sursat aşkarlanıb

XƏBƏRLƏR
  • Xankəndi və Xocalıda xeyli silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 8-də Xankəndi şəhəri ərazisində 1 ədəd qumbaraatan, 1 ədəd pulemyot, 37 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 23 ədəd alışdırıcı, 7277 ədəd müxtəlif çaplı patron, 131 ədəd patron darağı, 12 ədəd süngü-bıçaq və digər döyüş sursatları, Xocalı şəhəri ərazisində isə 30 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd qumbaraatan, 2 ədəd snayper, 10 ədəd qumbara, 1 ədəd tüfəng, 23300 ədəd patron, 23 ədəd patron darağı və 2 ədəd patron qatarı aşkar olunaraq götürülüb. (APA)

Oxşar xəbərlər