Aygün Xəlilqızı: Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent. Fəlsəfə kafedrasının müəllimi
O, 1993-cü ildə Bakı Dövlət Universitetinə qəbul olmuş, 1998-ci ildə universiteti bitirdikdən sonra 2000-ci ildən BDU-da İlahiyyat fakültəsində laborant kimi fəaliyyətə başlamışdır. 2002-ci il iyunun 24-də BDU-nun Sosial elmlər və Psixologiya fakultəsində laborant, 2005-ci ildən BDU-nun Sosial Elmlər və Psixologiya fakültəsinin Fəlsəfə kafedradında dissertant, 2010-cu ildə Fəlsəfə kafedrasinda professor Həmid İmanovun rəhbərliyi altında, ”Dini şüurun strukturu və funksiyaları” mövzusunda müdafiə etmiş və fəlsəfə üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.
Bir monoqrafiya, bir metodik vəsait, bir proqram, bir dərs vəsaiti daxil olmaqla 60-a yaxın elmi əsərin müəllifidir.
Aygün Xəlilqızı 2012-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 21.02.2018-ci il fevralın 21-dən BDU-nun dosentidir. 17 fevral 2020-ci ildən AMEA-nın Fəlsəfə instutununda elmlər doktorluğu hazırlığı üzrə dissertanturaya qəbul olunmuş A.Xəlilqızı Akademiyanın müxbir üzvü Könül Bünyadzadənin rəhbərliyi altında “İslam düşüncə tarixində təhsilin fəlsəfəsi” adlı doktorluq dissertasiyasına başlamışdır. Hər il müxtəlif xarici ölkələrdə çap olunan məqalələri ilə müxtəlif beynəlxalq konfranslarda iştirak edir.
Hazırladı: Tahirə AĞAMİRZƏ