27.06.2025, 20:49
AZ EN
24.10.2023, 09:36 370

Ermənistan Zəngəzurda patrul xidməti qurur

XƏBƏRLƏR
  • Zəngəzur dəhlizinin açılması ətrafında müzakirələrin intensiv xarakter aldığı bir zamanda Ermənistan hökuməti bölgədə patrul xidmətinin tətbiqinə başlayıb. Ermənistanın baş naziri Nikol Paşinyan bununla bağlı  Zəngəzur bölgəsinə səfər edəcəyi gözlənilir.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Paşinyanın bölgə səfəri oktyabrın 28-nə planlaşdırılıb. Erməni baş nazirin səfəri məhz Zəngəzurda patrul xidmətinin tətbiqi ilə bağlıdır. Paşinyan yeni qurulan patrul xidmətinin idarəetmə mərkəzinin açılış mərasimində iştirak edəcək. Mərasimi Qafan şəhərindəki meydanda böyük təntənə ilə qeyd olunacaq.

O da qeyd olunur ki,açılış mərasimi zamanı Qafandan başqa daha 4 rayonda patrul xidmətlərinin təqdimatı olacaq. Açılış mərasiminin sonunda baş nazir Nikol Paşinyanın icma rəhbərləri ilə görüşü də nəzərdə tutulub.

Elxan SALAHOV

Oxşar xəbərlər