28.06.2025, 12:26
AZ EN
12.10.2023, 07:36 399

Keçmiş məcburi köçkün: Böyük qürur hissi ilə Füzuliyə qayıdıram

XƏBƏRLƏR
  • Füzulidən məcburi köçkün düşəndə altı yaşım var idi, o zamanlar mənim uşaqlıq illərimə təsadüf edib. Bu gün isə böyük qürur hissi ilə Füzuliyə qayıdıram.

Bu sözləri doğma yurduna qayıdan Füzuli sakini Fariz Əliyev söyləyib.

Bildirib ki, hər bir insan üçün onun doğulduğu yer daha əzizdir. Ona görə də işğaldan azad olunmuş Füzuliyə qayıtmaq həm də mənəvi məsələdir.

İşğaldan sonra ilk dəfədir Füzuliyə getdiyini deyən keçmiş məcburi köçkün bildirib: "Ümid edirəm, bundan sonrakı həyatımızı firavan şəkildə yaşayıb, uşaqlarımızı vətənpərvərlik ruhunda tərbiyə edəcəyik". (AZƏRTAC)

Oxşar xəbərlər