Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat xidmətindən bildirilib ki, Camalovlar ailəsində doğulan uşağa Zəhra adı verilib. İki oğul övladından sonra dünyaya göz açan Zəhra ailəsinin və yaxınlarının sevincinə səbəb olub.
Qeyd edək ki, Talış kəndinə köç bu ilin mart ayında reallaşıb. Kənddə hazırda 20 ailə yaşayır. (AZƏRTAC)