- Xocavənd Rayon İcra Hakimiyyətində "Qərbi Azərbaycana qayıdış tarixi ədaləti bərpa edəcək" mövzusunda tədbir keçirilib. Tədbirdə Xocavənd RİH-in müavini Əfsanə Quliyeva, idarə, müəssisə, təşkilat rəhbərləri və inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak edib.
Çıxışlarda ermənilərin işğalçılıq siyasəti nəticəsində yurd-yuvalarından didərgin düşən qərbi azərbaycanlıların tezliklə doğma torpaqlarına geri qayıdacağına əminlik ifadə olunub və bunun üçün informasiya müharibəsində aktivliyin vacibliyi vurğulanıb.
Mina RƏŞİD