27.09.2025, 05:30
AZ EN
09.08.2023, 07:35 237

Şəhidlərimizin qanı bahasına bu gün yurdumuza qayıdırıq - Laçın sakini

XƏBƏRLƏR
  • Şəhidlərimizin, qəhrəman övladlarımızın qanı bahasına bu gün biz yurdumuza - Laçına sevinə-sevinə qayıdırıq.

Bunu jurnalistlərə açıqlamasında Firuzə Həsənova deyib.

Onun sözlərinə görə, azad olunmuş torpaqlarımızda qəhrəmanlarımızın izi, qanı var.

Laçın sakini qeyd edib ki, Laçını tərk edən zaman 46 yaşında olub. Həmin vaxt oğlu səngərdə döyüşüb. Oğlu indi veterandır. İndi bir az kədərlidirlər. Yaxınlarını itiriblər, qardaşları vətən həsrəti ilə dünyadan köçüblər, şəhidlər veriblər. Buna baxmayaraq, indi sevinir, çünki doğma yurda qayıdır.

"Bütün Azərbaycan bizim ana torpağımızdır, ana vətənimizdir. Allah Prezidentimizə can sağlığı versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Allah bir daha Azərbaycana müharibə göstərməsin", - deyə o qeyd edib. (Trend)

Oxşar xəbərlər