28.06.2025, 19:58
AZ EN
24.07.2023, 17:50 388

Məcburi köçkünlərin işlə təminatda İMTİYAZ VƏ GÜZƏŞTLƏRİ

XƏBƏRLƏR
  • İşə qəbul zamanı iş yerinə təqdim edilən sənədlərin bəziləri qanunvericilik üzrə məcburi xarakter daşısa da, bəziləri işəgötürənin və işçinin maraqlarına uyğun tələb olunur. Belə hallara daha çox işçilərin attestasiyası və iş yerlərində struktur dəyişikliklər ilə əlaqədar ixtisarlar zamanı rast gəlinir.

Bəs, belə hallarda xüsusi imtiyazlara malik olan məcburi köçkün vətəndaşlar üçün hansısa güzəşt və ya üstünlüklər nəzərdə tutulurmu?

“Vətən səsi” xəbər verir ki, mövcud qanunvericiliyə görə, məcburi köçkün statusu olan vətəndaşlar həm işə qəbul zamanı, həm də işçilərin attestasiya və eləcə də ixtisar prosesində bir sıra güzəşt və imtiyazlara malikdirlər. Belə ki, Əmək Məcəlləsinin 48-ci maddəsinin 1-ci bəndinə əsasən, işə qəbul olunarkən mütləq təqdim edilməli olan sənədlər – işçinin şəxsiyyətini təsdiq edən sənəd və əmək kitabçasıdır (ilk dəfə işə qəbul olunanlar istisna olmaqla). Bir müddət əvvəl dövlət sosial sığorta şəhadətnaməsinin təqdim olunması da məcburi xarakter daşıyırdı. Lakin artıq bu tələb ləğv edilib.

Əmək Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, görüləcək işin xüsusiyyətləri nəzərə alınaraq, peşə hazırlığı və təhsilin olması zəruri hesab edilərsə, bu zaman müvafiq təhsil sənədi, həmçinin işçinin səhhətinə mənfi təsir göstərən amillər varsa, tibbi arayış da tələb edilə bilər. Bu maddənin son bəndində vurğulanır ki, Əmək Məcəlləsində nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.

Bundan əlavə, işçinin fərdi şəkildə qanuvericiliklə müəyyənləşdirilmiş güzəşt və imtiyazlardan istifadə edə bilməsi üçün aşağıda göstərilən sənədlər də tələb olunur:

Məcburi köçkün statusu olan işçi həm də şəhid ailəsinin üzvüdürsə, işçilərin ixtisarı zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda onun işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə).

Eyni imtiyaz həm də müharibə iştirakçısı olan məcburi köçkün işçilərə şamil olunur. Belə ki, məcburi köçkün işçi həm də müharibə iştirakçısıdırsa, ixtisar zamanı ixtisasları və ya peşəkarlıq səviyyələri eyni olduğu halda onun işdə saxlanmasına üstünlük verilir (Əmək Məcəlləsi, 78.2-ci maddə).

Yuxarıda saladalanan güzəşt və imtiyazlarda istifadə etmək hüququ əldə etmək üçün iş yerindən tələb olunan digər sənədlərlə yanaşı məcburi köçkün vəsiqəsinin təqdim olunması mütləqdir. 

Məcburi köçkün statusu olan şəxslərə işə qəbul zamanı qanunvericiliklə müəyyən edilən sənədlərin istənilməsi ilə də bağlı güzəştlət tətbiq edilə bilər. Belə ki, ümumi qaydalara görə, işçi əmək fəaliyyətinə başlayarkən işəgötürənlə fərdi qaydada Əmək müqaviləsi (kontraktı) bağlamalıdır. Bu müqavilə işəgötürənlə işçi arasında əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı öhdəlikdir. Burada müqavilənin tərəflərinə aid bəzi qanunvericiliklə müəyyən edilən məlumatlar göstərilməlidir. Buna görə də işçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanarkən işçi tərəfindən bəzi sənədlər təqdim olunmalıdır.
Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər.

Elxan SALAHOV

Oxşar xəbərlər