28.06.2025, 08:38
AZ EN
11.07.2023, 16:30 328

Ağdamda qanvermə aksiyası keçirilib

XƏBƏRLƏR
  • Bu gün Ağdam Rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsin və “Ağdam Mərkəzi Rayon xəstəxanası” publik hüquqi şəxsin təşkilatçılığı ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilib.

Aksiyada Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon sakinləri iştirak ediblər. Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.

Qeyd edək ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq. Sonda qanvermə aksiyasını yüksək səviyyədə təşkil etdiyinə görə Mərkəzi Qan Bankı tərəfindən Ağdam Rayon İcra Hakimiyyətinə təşəkkür edilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər