Vüsal Elxan oğlu Naqdəliyev 11 sentyabr 2001-ci ildə Şabran rayonunun Çolquşçu kəndində anadan olmuşdur. O, 2007-ci ildə Şabran rayon, Çölquşçu kənd tam orta məktəbinin I sinfinə qəbul olunmuş, orta məktəbi müvəffəqiyyətlə başa vurmuşdur. Orta təhsildən sonra həqiqi hərbi xidmətə çağırılmış, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir. Xidmət dövründə özünü qoçaq, igid bir əsgər kimi komandirlərinə sevdirə bilmişdir. 44 günlük Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Cəbrayıl, Füzuli, Kəlbəcər, Şuşa, Xocavənd uğrunda qəhrəmancasına döyüşmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Vüsal Elxan oğlu Naqdəliyev "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Qazimiz III dərəcəli əlildir.
İsa Musayev