Xidmət şəbəkəsi tərəfindən sahibkarlara və biznesə başlamaq istəyənlərə aşağıdakı xidmətlər təqdim olunur:
- regionun iqtisadi potensialı və investisiya imkanları barədə məlumatların təqdim edilməsi;
- sahibkarlıq fəaliyyətinə dəstək verən dövlət alətləri, güzəştlər və vergi azadolmaları haqqında ətraflı informasiya təminatı;
- biznesə başlamaq və inkişaf etdirmək üçün peşəkar məsləhət xidməti;
- müvafiq dövlət qurumları ilə əlaqələrin qurulması və koordinasiyası üzrə dəstək;
- sahibkarların hüquq və qanuni maraqlarının müdafiəsi və digər xidmətlər.
Region üzrə KOBİA-nın xidmət infrastrukturu aşağıdakı şəhər və rayonları əhatə edir:
- Laçın şəhəri - Bərpa Tikinti və İdarəetmə Xidmətinin inzibati binası (Heydər Əliyev küçəsi, giriş 172);
- Zəngilan rayonu, Ağalı kəndi – Dövlət Xidmətləri Mərkəzi;
- Kəlbəcər şəhəri - DOST Mərkəzinin inzibati binasında xidmət mərkəzi;
- Füzuli şəhəri - Qarabağ Regional DOST Mərkəzinin Füzuli xidmət məntəqəsində xidmət pəncərəsi;
- Şuşa şəhəri - Dövlət Xidmətləri Mərkəzində “Şuşa KOB evi”.
Sahibkarları işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından faydalanmağa və biznesin qurulması və inkişafı üçün dövlət dəstəyi mexanizmlərindən aktiv şəkildə istifadə etməyə dəvət edirik! (Trend)