26.09.2025, 04:20
AZ EN
25.08.2025, 08:55 229

Türk dünyası yaxınlaşır, daha da güclənir

XƏBƏRLƏR
  • "Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə avqustun 22-də Türkmənistana işgüzar səfərə gedib. Türkmənistan Azərbaycanın Mərkəzi Asiyada əsas ticarət tərəfdaşlarından biridir".

 Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O, bildirib ki, 2024-cü ildə enerji qiymətləri və həcminin azalmasının ticari əlaqələrimizə təsirlərinə rəğmən ötən il qarşılıqlı dövriyyə 2021-ci illə müqayisədə 3 dəfədən çox artıb: "Belə ki, ölkələr arasında ticarət dövriyyəsi 2021-ci ildə 105.1 milyon dollar, 2022-ci ildə 535.2 milyon dollar, 2023-cü ildə 773.9 milyon dollar və nəhayət 2024-ci ildə 383.7 milyon dollar olub.

Ötən il Mərkəzi Asiya dövlətləri arasında 470.4 milyon dollarlıq idxal və ixracımız olan Qazaxıstandan sonra ikinci ən böyük ticarət əməkdaşlığı Türkmənistan ilə qeydə alınıb. 2023-cü ildə isə həmin regionda Azərbaycanın ən böyük ticarət dövriyyəsi Türkmənistan ilə olub Göründüyü kimi, dövlətlər bir-birləri üçün vacib tərəfdaşlar olmaqla yanaşı, əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər böyük potensial var".

Millət vəkili daha sonra əlavə edib:

"Azərbaycan Prezidentinin səfərinin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə səbəb olmaqla yanaşı, qarşılıqlı əlaqələrdə yeni səhifə açağı gözlənilir. Türk dünyası yaxınlaşır, daha da güclənir".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər