İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib ki, bu 19 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 1800-ə daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Bu günədək sənaye parkında görülmüş işlərə sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. 200 hektar ərazini əhatə edən parkın 30 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib. Parkda hazırda 2 müəssisə fəaliyyət göstərir.
Sənaye parkında sahibkarlar tərəfindən indiyədək 1,7 milyon manatlıq məhsul satışı və xidmətlər göstərilib.
Bundan başqa, parkda hazırda 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər görülür. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkına sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. (AZƏRTAC)