İZİA-dan bildirilib ki, cari ilin I rübündə 63 milyon manatlıq məhsul istehsal olunub.
Hazırda Ağdam Sənaye Parkında 27 sahibkarlıq subyekti rezident, 5 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. Qeydiyyata alınan bu 32 sahibkarlıq subyekti tərəfindən sənaye parkına 250 milyon manatdan çox investisiyanın yatırılması və 2100-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sahibkarlar tərəfindən sənaye parkında görülmüş işlərə 111,7 milyon manat investisiya yatırılıb, 649 iş yeri yaradılıb. 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının 70 faizdən çox hissəsi sahibkarların istifadəsinə verilib.
Ağdam Sənaye Parkında hazırda 9 müəssisə fəaliyyət göstərir, 10-dan çox müəssisənin isə tikintisi istiqamətində işlər davam etdirilir. Bu il parkda tütün məmulatlarının istehsalı müəssisəsinin də fəaliyyətə başlaması planlaşdırılır. (AZƏRTAC)