Bunu bu gün Bakıda keçirilən Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığa həsr olunmuş xüsusi sessiyada çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev bildirib.
O deyib ki, müraciətlər KOBİA vasitəsilə qəbul edilir: "Bu müraciətlərdən 400-ə yaxını xarici ölkələrə məxsus təşkilatlardır. Onlardan da 100-ü Türkiyə şirkətləridir. İstərdim ki, bu rəqəm daha da artsın. Ölkələrimiz arasında ticarət əlaqələri də durmadan inkişaf edir. 2022-ci ildə (yanvar-may ayları ərzində) ticarət dövriyyəsinin həcmi 2,45 milyard ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 % çoxdur.
Ötən il isə Azərbaycanın Türkiyəyə ixracı 12 % artaraq 4,7 milyard ABŞ dolları olub. Türkiyə şirkətləri bu vaxtadək 300-ə qədər dövlət layihələrində iştirak edib və onun həcmi 17 milyard ABŞ dollara çatıb". (Report)