Bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən Azərbaycan–Belarus biznes forumunda məlumat verib.
O vurğulayıb ki, “İstisu” mineral suyunun Belarusa ixracı ilə bağlı müqavilə imzalanıb: “Məhsul laboratoriya sınaqları üçün göndərilib və biz tezliklə müntəzəm ixracın başlanacağına ümid edirik".
Y. Abdullayev qeyd edib ki, “İstisu”nun xarici bazara çıxışı xüsusi əhəmiyyət daşıyır: “Bu, bizim üçün sadəcə bir ticarət layihəsi deyil, azad olunmuş ərazilərin dirçəlişinin rəmzidir”. (Report)