Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda deyib.
"2023-cü ildən işğaldan azad edilmiş rayonlarda sahibkarlıq fəaliyyətinin cəlbediciliyini artıqmaq məqsədilə azad edilmiş rayonlarda rezidentlər mənfəət, gəlir, əmlak və torpaq vergisindən azad edilib. Onların sosial sığorta ödənişləri dövlət büdcəsi hesabına subsidiyalaşdırılıb. Eyni zamanda bu ərazilərdə istehsalı stimullaşdırmaq üçün xammal idxalı 10 il müddətində ƏDV-dən azad edilib", - deyə S. Ələkbərov əlavə edib. (APA)