Bu fikirləri politoloq İlyas Hüseynov söyləyib.
Onun fikirlərinə görə, Tehran rejimi uzun müddətdir ki, öz mediasında Azərbaycana qarşı düşmənçilik və təhqir siyasəti aparır. İranın xüsusi xidmət orqanları Azərbaycana qarşı mənfi rəy formalaşdırmaq üçün "Səhər TV" telekanalı yaradıblar. "Vətənpərvər Azərbaycan mediası isə İrana layiqli cavab verir. Dövlətini, bayrağını, Vətənini sevən ekspertlər isə hər zaman öz vətəndaş mövqeyini bildiriblər, bundan sonra da bildirəcəklər. İranın ölkəmizə qarşı böhtan, şantaj və terror dilində danışmağı da bir nəticəsini verməyəcək",-deyə politoloq bildirib.
İ. Hüseynov əlavə edib ki, bu gün İranın ölkəmizə qarşı düşmənçilik siyasəti çox faciəvi nəticələr verə bilər. Biz regionda sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasının tərəfdarıyıq. Regionda yeni müharibə istəmirik və müharibəyə yol açan müxtəlif pozucu və destruktiv addımları qətiyyətlə pisləyirik. (AZƏRTAC)