27.06.2025, 06:02
AZ EN
20.12.2022, 16:44 304

Polşa səfiri: “Ağdamdakı dağıntılar İkinci Dünya Müharibəsi Varşavasını xatırladır”

XƏBƏRLƏR
  • 30 illik erməni işğalı nəticəsində Ağdam şəhərindəki dağıntılar İkinci Dünya Müharibəsi illərində Varşavadakı dağıntılarla müqayisə oluna bilər.

Bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski polyak memarların Bakının imicinin formalaşmasına təsirinə həsr olunmuş fotosərgi zamanı deyib.

Səfir Ağdamın və Azərbaycanın işğaldan zərər çəkmiş digər şəhərlərinin bərpa olunacağına ümid etdiyini bildirib.

O əlavə edib ki, Polşa şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına maraq göstərir.

Poborski vurğulayıb ki, sərgidə nümayiş etdirilən bütün fotoşəkillər Polşada yaşayan azərbaycanlı fotoqraf tərəfindən çəkilib.

“Bu unikal sərgi Bakının imicinin formalaşmasında polşalı memarların təsirinə baxışı nümayiş etdirir", - deyə o bildirib. (Trend)

Oxşar xəbərlər