16.12.2025, 16:40
AZ EN
16.12.2025, 11:35 210

Rusiya XİN: Moskva İrəvanla TRIPP təşəbbüsünü müzakirə etməyə hazırdır

XƏBƏRLƏR
  • Moskva Ermənistanla "Tramp Marşrutu" layihəsində Rusiyanın mümkün iştirakı ilə bağlı məsləhətləşmələrə hazırdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin "RİA Novosti"yə bildirib.

Onun sözlərinə görə, bu layihənin təfərrüatları hələ öyrənilməlidir. "Ermənistanlı tərəfdaşlarımızla həm təşəbbüsün parametrlərini, həm də Rusiyanın mümkün iştirakını müzakirə etmək üçün məsləhətləşmələrə hazırıq", - direktor deyib. (Report)

Oxşar xəbərlər