27.06.2025, 08:47
AZ EN
09.12.2022, 11:53 425

Ombudsman: "Azərbaycan xalqı ikili standartlarla üzləşib və bundan əziyyət çəkir"

XƏBƏRLƏR
  • "Azərbaycan xalqı ikili standartlarla üzləşib və bundan əziyyət çəkir".

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İnsan Hüquqları Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Ümumdünya İnsan Hüquqları Bəyənnaməsi insan hüquqlarına beynəxalq status verib: "Bu, ölkələr üçün əməl edilməsi vacib sənəd rolunu oynayır. Eyni zamanda, hər bir insanın bərabərlik və ləyaqət hüququnu tanıyır. Bəyənnamə dövlətlərin insan hüquqları məsələsinə mövqeyini dəyişdi. Lakin təəssüflər olsun ki, dünyada hələ də insan hüquqları pozulmaqda davam edir. İkili standartlardan əziyyət çəkən xalqlardan biri də Azərbaycan xalqıdır. Belə ki, BMT tərəfindən qəbul edilən qətnamələrlə Ermənistan qüvvələrinin Azərbaycan ərazisindən qeyri-şərtsiz çıxarılmasına əməl edilmədi və bu gün də edilmir. Cəzasız qalan Ermənistan Azərbaycana qarşı terorçuluq, insanlıq əleyhinə cinayətlər törədib. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə 30 il ərzində xalqının pozulmuş hüquqlarını bərpa edib. Bu gün Azərbaycan insan hüquq və azadlıqları qorunur, qanunvericilik bazası yenilənir".

Ombudsman vurğulayıb ki, rəhbərlik etdiyi qurum Azərbaycan vətəndaşlarının, vətəndaşlığı olmayanların, əcnəbilərin və həssas qruplardan olan şəxslərin hüquqlarının qorunmasında ayrıseçkilik etmir: "Davamlı olaraq insan hüquqlarının təmin edilməsi ilə bağlı monitorinqlər aparılır, pozulmuş hüquqların bərpası üçün işlər görülür. Cəmiyyətdə hüquq mədəniyyətinin inkişafı üçün maarifləndirmə tədbirləri keçirilir". (Report)

Oxşar xəbərlər