01.05.2026, 14:34
AZ EN
01.05.2026, 11:02 108

Karapetyan Qarabağ ermənilərinə söz verib ki…

XƏBƏRLƏR
  • İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində Baş nazir vəzifəsinə namizədliyini irəli sürmüş erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyan Kremlin desant kimi İrəvana göndərdiyi agentdir. Onun vəzifəsi İrəvanda siyasi meydanı qızışdırmaq, narazı qüvvələri ətrafına toplayıb hakimiyyəti ələ keçirmək və bundan sonra Rusiyanın istədiyi şəkildə Ermənistanı idarə etməkdir.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. "Aysor" nəşrinin yazdığına görə,  Rusiyanın hakim dairələri Karapetyanın Rusiya vətəndaşı olduğunu və Ermənistanda seçkili orqanlara seçilmək hüququ olmadığını bildiyi halda onu siyasi iddialarla İrəvana göndərməsinin və açıq dəstək nümayiş etdirməsinin arxasında çox mühüm mətləblər var. Əsas məqsədlərdən biri Ermənistanın suverenliyini daim təhdid altında saxlamaq, Bakı ilə İrəvan arasında arasında möhkəmlənməkdə olan sülh quruculuğu prosesini tormozlamaq və özünün bu proseslərdə iştirakına zəmin hazırlamaqdır.

Nəşr yazır ki, "Moskvanın milyarder desantı" Ermənistanda hakimiyyətə gəlsə, Qarabağı tərk etmiş erməniləri təhlükəsizlik şəkildə geri qaytaracağına söz verib. Rusiyalı iş adamının məhz bu sifarişi yerinə yetirmək üçün İrəvana göndərdiyi bildirilir: "Karapetyan dəfələrlə bəyan edib ki, Paşinyan hakimiyyətinin yarıtmaz siyasəti üzündən biz Qarabağı itirdik. İndi isə onu hakimiyyətdən uzaqlaşdırıb Qarabağ ermənilərinin geri dönüşünə nail olmalıyıq. Özünü "milli xeyriyyəçi" kimi təqdim edilən Karapetyan Rusiyadakı dəstəkçilərinin məsləhəti ilə "Güclü Ermənistan" partiyasını buna görə yaradıb. İndi isə Baş nazir vəzifəsinə namizədliyini irəli sürüb və ümid edir ki, toplumu inandırmağa çalışır ki, onun əsas məqsədi üç il əvvələ qədər Qarabağda yaşamış bütün erməni ailələrini geri qaytaracaq. Bunu Samvel Karapetyan Ermənistan televiziya kanallarına verdiyi müsahibədə də söyləyib. Amma o, xalqı aldadır, Qarabağ erməniləri onu maraqlandırmır, sadəcə onlardan istifadə edərək Rusiyadan aldığı təlimat əsasında siyasi meydana atılıb".

Xatırladaq ki, Samvel Karapetyan Rusiyadan İrəvana köçdükdən bir müddət sonra, 2025-ci ilin iyununda həbs edilib. Həmin ilin dekabrın 30-da isə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Ermənistan Antikorrupsiya Məhkəməsi dünən keçirilən iclasında "Güclü Ermənistan" partiyasından Baş nazir vəzifəsinə namizəd, rusiyalı milyarder Samvel Karapetyanın ev dustaqlığı ilə bağlı qərarı qüvvədə saxlayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər