Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə danışıb.
O xatırladıb ki, martın 27-də "Astara" sərhəd-keçid məntəqəsində dərmanların ikinci böyük partiyası təhvil verilib.
M.Zaxarovanın sözlərinə görə, dəmir yolu ilə 300 tondan çox dərman preparatı, eləcə də Dağıstanda toplanmış əlavə 150 tona yaxın humanitar yardım avtomobil karvanı ilə çatdırılıb: "Biz göstərilən köməyə görə Azərbaycan hökumətinə minnətdarıq". (Report)