16.03.2026, 16:13
AZ EN
16.03.2026, 14:44 206

İndiyədək azad edilmiş ərazilərdə 41 yaşayış məntəqəsi istifadəyə verilib

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsinin tikilərək və bərpa edilərək istifadəyə verilib.

Bu barədə Prezident Administrasiyasının və Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev Xocavənddə keçirilən iclasda məlumat verib.

Qeyd edilib ki, həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub.

Görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insanın yaşadığını və fəaliyyət göstərdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

Bildirilib ki, qarşıdakı dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində köç prosesi daha da sürətlənəcək və Böyük Qayıdış Proqramının miqyası genişlənəcək. (Report)

Oxşar xəbərlər