Bu sözləri açıqlamasında Belçikanın quruda külək enerjisi layihələrinin inkişafı üzrə ixtisaslaşmış “W-Kracht” şirkətinin icraçı direktoru Yeran Lovetti deyib. O bildirib ki, “Azərbaycanda iqtisadi inkişaf dayanıqlı formada davam edir və sərmayələr üçün münbit imkanlar yaradılıb. Məhz iqtisadi inkişaf və qazanılan uğurlar bu cür qlobal tədbirlərin keçirilməsini və nüfuzlu siyasi xadimlərin Azərbaycana səfərini mümkün edir. Müzakirə olunan məsələlər olduqca aktualdır.
“Forumda Avropadan gələn qonaqlar çoxluq təşkil edirlər ki, bu da Azərbaycanın dəyərlərə arxalanan siyasi xəttini göstərir. Bu dəyərlər demokratiya, sosial rifah və iqtisadi inkişafdan ibarətdir. Bu dəyərlər qeyd-şərtsiz dünya ictimaiyyəti tərəfindən qəbul edilir və dəstəklənir. Bu kimi siyasi xətt və bu siyasətdə dünya problemlərinin müzakirəsi üçün şəraitin yaradılması Azərbaycana beynəlxalq aləmdə yalnız hörmət gətirə bilər”, -deyən icraçı direktor diqqətə çatdırıb ki, onun rəhbərlik etdiyi şirkət Azərbaycana sərmayə yatıraraq enerji istehsalı ilə məşğul olmağı düşünür. (AZERTAC)