Işğaldan azad olunmuş Xankəndidə keçirilən sayca 9-cu yarmarkanın əsas məqsədi bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda, şəhər sakinlərinin təbii, yerli və sağlam kənd təsərrüfatı məhsullarına münasib qiymətlərlə əlçatanlığını təmin etməkdir.
Yarmarkada fermerlər tərəfindən müxtəlif çeşiddə 40 kənd təsərrüfatı məhsulu satışa çıxarılıb.
Qeyd edək ki, martın 17-dək davam edəcək “Kənddən Şəhərə” Novruz yarmarkasında iştirak edən fermerlər piştaxta, tərəzi və digər zəruri avadanlıqlarla “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən ödənişsiz şəkildə təmin olunurlar. (AZERTAC)