14.12.2025, 03:47
AZ EN
02.12.2025, 15:16 157

Erməni politoloq: "Minsk qrupunun ləğvi Bakının tələbi idi"

XƏBƏRLƏR
  • "ATƏT-in Minsk qrupunun bir təsisat kimi ləğv olunması rəsmi Bakının Ermənistanla sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü əsas şərtlərdən biri idi. Ermənistan isə Minsk qrupunun sülh sazişinin imzalanmasından sonra ləğv edilməsini istəyirdi".

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Akop Badalyan deyib. Onun fikrincə, Minsk qrupunun ləğvinə qədər baş verən proseslər, xüsusilə avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanmasından sonrakı hadisələr vəziyyətin dəyişməsinə xeyli dərəcədə təsir göstərib: "Ermənistan rəhbərliyi dəfələrlə bəyan etmişdi ki, sülh sazişi imzalanmayana qədər Minsk qrupunun ləğv edilməsinin tərəfdarı deyil. Paşinyan özü isə bu qurumun ləğvi ilə bağlı müraciət sənədini sülh sazişi ilə eyni anda imzalamağa hazır olduğunu söyləmişdi. Amma proseslər elə məcrada inkişaf etdi ki, İrəvan Bakının tələbini özünün gözlədiyi vaxtdan da qəbul etrməli oldu".

Erməni politoloq onu da bildirib ki,  rəsmi Bakı atəşkəs razılaşmasından dərhal sonra Minsk qrupunun birdəfəlik ləğvini istəyib. O, qeyd edib ki, həmin tələb üçtərəfli bəyanatda da əksini  tapması Azərbaycanın mövqelərini möhkəmlənib. Məhz buna görə də rəsmi Bakı məsələnin sülh sazişi imzalanana həll edilməsinin tərəfdarı olub: "Azərbaycan lideri özünün bütün bəyanatlarında da Ermənistandan bunu tələb edib. Başqa sözlə, Ermənistan Azərbaycanın tələbini qəbul etməyə məcbur olub".

Xatırladaq ki, ATƏT noyabrın 30-da Minsk qrupu və ona aid strukturların bağlanması prosesini başa çatdırıb. Bu, Ermənistan və Azərbaycanın ATƏT-ə sədrliyinə birgə müraciəti əsasında qəbul edilən Nazirlər Şurasının qərarına əsasən edilib.

Elxan SALAHOV

Oxşar xəbərlər