Bu fikirləri açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
G.İsmayılov bildirib ki, bu günə qədər Şuşada tarixi məscid və kilsə, eyni zamanda, Zəngilanda məscid bərpa edilib.
“Bu, bizim işğaldan azad olunmuş ərazilərə fiziki qayıdışımızla yanaşı, mənəvi qayıdışımızın da simvoludur. Bütün bunlar onu göstərir ki, Azərbaycan hökumətinin işğaldan azad olunmuş ərazilərdə tarixi dini abidələrimizin bərpasına yanaşması yalnız İslam kontekstində deyil, dövlətimizin bütün dinlərin nümayəndələrinə, mənəvi irsə bərabər yanaşmasının təzahürüdür”, - deyə o əlavə edib. (AZƏRTAC)