"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yerli mətbuata açıqlamasında deyib. Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinin hazırkı vəziyyətindən danışan erməni nazir bildiribki, İrəvan və Ankara ilkin şərt olmadan dialoqun davam etdirilməsini razılaşdırıb. Onun sözlərinə görə, hər iki ölkənin liderləri xarici işlər nazirləri, xüsusi nümayəndələr və texniki qruplar səviyyəsində çox yaxşı dialoq mühiti yaratmağa nail ola bilib: "Hazırda aramızda çox yaxşı dialoq var və artıq diplomatik münasibətlərin bərpasına maneə qalmayıb".
Ararat Mirzoyan qeyd edib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və ticarət əlaqələrinin bərpası istiqamətində növbəti aylarda konkret irəliləyiş gözlənilir.
Elxan SALAHOV