16.12.2025, 02:08
AZ EN
06.10.2025, 10:18 259

Paşinyan: "Xəyali vətən axtarışını dayandırmalıyıq"

XƏBƏRLƏR
  • "Ermənistanın gələcəyini beynəlxalq səviyyədə tanınmış sərhədləri, 29 min 743 kvadrat/kilometr ərazisi olan dinc, demokratik və hüquqi dövlət kimi təsəvvür edirəm".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan informasiya texnologiyaları sahəsində çalışan mütəxəssislərlə görüşdə deyib. O, erməni xalqına "xəyallarla yaşamamağa və qonşu ölkələrin ərazisində özlərinə vətən axtarmağı" dayandırmağa çağırıb: "Xəyali vətən axtarışını dayandırmalıyıq, çünki Ermənistan Respublikası bizim xəyallarımızın, arzularımızın vətənidir. Başqa vətən axtarmağa ehtiyacımız yoxdur. Vətən arzusunda olanda onu itiririk və artıq arzumuza çatdığımızı anlayanda sakitləşib, diqqətimizi tapşırığa yönəldirik".

Erməni Baş naziri Nikol Paşinyanı bir müddət əvvəl azyaşlı uşaqlarla görüşərkən onu təəccübləndirən hadisəni də xatırladıb: "Berd icmasının Çoratan kəndinə getmişdim. Qeyri-rəsmi şəkildə mənə yaxınlaşdılar, dedilər ki, burada görkəmli məkanlar var, girin baxın. Orada uşaqlar gəlib öz çəkdikləri rəsmləri göstərdilər. Soruşuram ki, nə çəkmisən? Biri deyir ki, Masis dağı (Qardaş Türkiyə ərazisindək Ağrıdağı nəzərdə yutur - red.), başqa bir uşaq "soyqırımı abidəsi".  Həmin anda pəncərədən bayıra baxdım, qarşıda möhtəşəm dağlar, meşələr vardı. Rəsmlərə baxandan sonra bir qrup ziyalını görüşə dəvət etdim, onlara dedim ki, izah edə bilərsinizmi, niyə uşaqlar ətrafda gördükləri heyrətamiz təbiət mənzərələrini deyil, bizə aid olmayan Ağrı dağını və ya "soyqırımı abidəsi"ni çəkirlər? Məntiqli, reallığa söykənən cavab verə bilmədilər. Çünki erməni xalqı uzun illərdir xəyallarla yaşamağa köklənib".

Elxan SALAHOV

Oxşar xəbərlər