27.09.2025, 01:36
AZ EN
22.09.2025, 10:41 123

Ermənistanda Konstitusiya dəyişir, Müstəqillik Bəyannaməsi ləğv edilir

XƏBƏRLƏR
  • “Baş nazir Nikol Paşinyan Ermənistan Konstitusiyasını sıfırdan dəyişdirəcək”.

"Vətən səsi" xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib. Onun sözlərinə görə, Paşinyan və onun komandası 2026-cı ildə keçiriləcək seçkilərdə yenidən seçilərsə, Ermənistanın dövlət idarəçiliyi və xarici siyasət kursunda köklü dəyişikliklər baş verəcək: "Yenidən formalaşdırılacaq hökumət nəinki Ermənistan Respublikasının Konstitusiyanı dəyişəcək, həm də 1990-cı ildə qəbul olunmuş Müstəqillik Bəyannaməsini ləğv edərək, dördüncü respublikanı elan edəcək".

Matevosyan əminliklə bildirib ki, gələnilki seçkilərdə Paşinyanın komandası yenidən qalib olarsa, Ermənistanın təhlükəsizlik sistemində də kordinal dəyişikliklər qaçılmaz olacaq. Onun fikrincə, qarşıdakı bir neçə il ərzində Ermənistan təkcə təhlükəsizlik nöqteyi-nəzrdən deyil, həm də hərbi və hərbi-siyasi, iqtisadi cəhətdən Rusiyanın nəzarətindən çıxmaq yolunu tutaraq Avropaya inteqrasiya prosesini başa çatdırmalıdır: "Paşinyanın əsas məqsədlərindən biri budur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından birdəfəlik çıxsın, Rusiyanın hərbi bazası və sərhədçiləri ölkəni tərk etdin. Bütün bunlar həyata keçiriləndən sonra Rusiya ilə Ermənistan arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqaviləyə də birtərəfli qaydada xitam veriləcək. Buna nail olmaq üçün Paşinyana növbəti beş il üçün hakimiyyətdə qalmaq lazımdır".

Elxan SALAHOV

Oxşar xəbərlər